16:37 - 7.05.2025
7 may, Fineko/abc.az. 7 may 2025-ci il tarixində Yaponiyanın ispace şirkəti Resilience adlı Ay eniş modulunun Bakı vaxtı ilə 6 may saat saat 12:41-də Ay orbitinə uğurla çıxdığını açıqlayıb.
ABC.AZ xəbər verir ki, bu manevr Mission 2 SMBC x HAKUTO-R missiyasının mühüm mərhələsi olub və Tokio İdarəetmə Mərkəzindən həyata keçirilib. Ay səthinə enişin ən tez 5 iyunda baş tutayacağı gözlənilir.
Resilience modulu 15 yanvar tarixində SpaceX-in Falcon 9 raketi ilə buraxılıb və 1,1 milyon kilometrdən çox məsafə qət edib. Onun gövdəsində elmi avadanlıqlar, mini rover, Ay evi modeli və UNESCO-nun yaddaş diski də daxil olmaqla kommersiya yükləri yerləşdirilib.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026