Tramp İran neftinin bütün alışlarını dayandırmağa çağırıb

14:09 - 2.05.2025


2 may, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp İran neftinin və neft-kimya məhsullarının bütün alışlarını dayandırmağa çağırıb.

ABC.AZ xəbər verir ki, o, qaydanı pozanlara qarşı ikinci dərəcəli sanksiyaların tətbiq edilməsi ilə təhdid edib.

Onun sözlərinə görə, bu vəziyyəti pozanlar ABŞ-da biznes apara bilməyəcəklər. 

İran tərəfi dəfələrlə deyib ki, İranın nüvə proqramı ətrafında fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə hazırdır.

Bu mərhələdə üç raund dialoq aparılıb.