12:43 - 1.05.2025
1 may, Fineko/abc.az. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Avropanın iqtisadi və hərbi təhlükəsizliyi üçün strateji əhəmiyyətini vurğulayıb. O, İtaliyaya rəsmi səfəri zamanı Türkiyənin Avropa təhlükəsizlik arxitekturası üçün vacibliyini müzakirə etdiklərini bildirib.
ABC.AZ-in verdiyi məlumata görə, Ərdoğan qeyd edib ki, iki ölkə arasında “böyük əməkdaşlıq potensialı” mövcuddur.
“İtaliya ilə əməkdaşlığımızın sahələrindən biri müdafiə sənayesidir. Lakin biz yalnız müdafiə sənayesində deyil, həmçinin aviasiya və kosmos kimi yüksək texnologiya sahələrində də əməkdaşlıq imkanlarını qiymətləndiririk”, - deyə Türkiyə lideri bildirib.
8 Avqust 2026
8 Avqust 2026