10:12 - 1.05.2025
1 may, Fineko/abc.az. “Tesla”nın direktorlar şurası İlon Maskın yerinə yeni baş direktor axtarır.
ABC.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Mənbələrin bildirdiyinə görə, avtomobil istehsalçısının idarə heyəti axtarış haqqında təxminən bir ay əvvəl düşünməyə başlayıb və bir neçə icraçı axtarış şirkəti ilə əlaqə saxlayıb.
Bu, “Tesla” səhmlərinin düşməsi və investorların Maskın ABŞ prezident administrasiyasında işləmək üçün çox vaxt sərf etməsindən narazılığı fonunda baş verib.
“Tesla” səhmləri Donald Trampın keçən noyabr seçkilərində qalib gəlməsindən sonra Maskın prezidentlə yaxın əlaqələrinin şirkətin biznesinə fayda gətirəcəyinə dair gözləntiləri fonunda yüksəlib.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026