Üç ayda aqrar məhsullar 170,5 milyon dollar təşkil edib

15:18 - 30.04.2025


30 aprel, Fineko/abc.az. 2025-ci ilin yanvar-mart aylarında aqrar məhsullar 12,3% artaraq 170,5 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 17,6% artaraq 69.1 milyon ABŞ dollarına bərabər olub.

ABC.AZ xəbər verir ki, bu barədə “İxrac icmalı”nın aprel sayında qeyd edilib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 13,8% artaraq 239,6 milyon ABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (65,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (48 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (44,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2025-ci ilin mart ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (25 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (17.8 milyon ABŞ dolları) ikinci, pambıq (15,9 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.