17:30 - 29.04.2025
29 aprel, Fineko/abc.az. “Azlahiyə İnşaat” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında əks olunmuş rəqəmlər belə deməyə əsas verir.
Məlumata əsasən, “Azlahiyə İnşaat” MMC-nin vergi borcu 6 142 328.21 manatdır. Bu vergi borcu 28.04.2025-ci il tarixinə olan məlumatdır.
Xatırladaq ki, “Azlahiyə İnşaat” MMC 2012-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 manatdır.