Sunways İsveçrədə dəmir yolunda çıxarıla bilən günəş panellərini işə saldı

16:43 - 28.04.2025


28 aprel, Fineko/abc.az. Sunways startapı İsveçrənin Nevşatel kantonunun Val-de-Travers kommunasında dəmir yolu xəttində çıxarıla bilən günəş panelləri quraşdırıb.

ABC.AZ xəbər verir ki, ümumi gücü 18 kVt olan 48 fotoelektrik panel il ərzində 16 MVt*saat elektrik enerjisi istehsal edəcək və əlavə sahə tələb etməyəcək. Eksperiment 3 il davam edəcək və bu müddətdə panellərin məhsuldarlığı və qatarların sistemə təsiri qiymətləndiriləcək.

Sistem panellərin avtomatik təmizlənməsi funksiyasını və günəş panellərinin tez və səmərəli şəkildə quraşdırılmasına imkan verən xüsusi maşını əhatə edir. Çirklənmə və mexaniki gərginlik kimi problemlərə baxmayaraq, mütəxəssislər layihənin kommersiya potensialına inanırlar.

Sunways şirkətinin təsisçisi Yozef Skuderi gələcəkdə günəş panellərinin gündüz saatlarında dəmir yolu nəqliyyatını elektrik enerjisi ilə tam təmin edə biləcəyini proqnozlaşdırır.