Naxçıvanda sahibkarlara verilmiş kreditlərin həcmi 86% artıb

10:32 - 18.04.2025


18 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart ayları ərzində Naxçıvan Muxtar Respublikasında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 37 layihəyə ümumilikdə 1 332 500 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.

ABC.AZ xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, sahibkarlara verilmiş kreditlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 86% artıb.