Çin ABŞ-la münaqişəyə görə Avropada yeni ticarət tərəfdaşları axtarır

16:22 - 17.04.2025


17 aprel, Fineko/abc.az. Çin ABŞ ilə ticarət müharibəsindən itkiləri kompensasiya etmək üçün AB ilə iqtisadi əməkdaşlığı gücləndirir.

ABC.AZ xəbər verir ki, ÇXR hakimiyyəti Avropa paytaxtlarına nümayəndə heyətləri göndərib, Çin şirkətləri isə aktiv şəkildə alıcı axtarır. Bununla birlikdə, AB ilə münasibətlər ticarət disbalansı və Çində Avropa biznesi üçün məhdudiyyətlər səbəbindən çətinləşir. 

Bu yaxınlarda Çin və İspaniya iqtisadiyyat, təhsil və elm sahələrində əməkdaşlıq müqavilələri imzaladılar.