Tramp 70-dən çox ölkəni ÇXR iqtisadiyyatını təcrid etməyə inandırmağı planlaşdırır

16:09 - 16.04.2025


16 aprel, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp Ağ Evin idxal rüsumlarının ləğvi müqabilində 70-dən çox ölkəni Çin iqtisadiyyatını təcrid etməyə inandırmağı planlaşdırır. Tədbirlər Pekini Vaşinqtonla danışıqlar masasına oturmağa məcbur etməlidir.

ABC.AZ xəbər verir ki, dövlətlərin nümayəndələri ilə danışıqlarda ABŞ administrasiyası ölkələrdən Çinin ərazilərindən mal göndərməsini qadağan etməsini, Çin firmalarının yerləşdirilməsinin qarşısını almağı və Çinin ucuz sənaye mallarını iqtisadiyyatlarına daxil etməmələrini xahiş etməyi planlaşdırır. Məlumata görə, dəqiq tələblər ÇXR iqtisadiyyatına cəlb olunmasından asılı olaraq müxtəlif ölkələr üçün fərqli olacaq.

Aprelin 10-da ABŞ bütün Çin mallarına rüsumları 125%-dən 145%-ə qaldırdı. Çin buna cavab olaraq Amerika mallarına rüsumları 84%-dən 125%-ə qaldırdı. Sonra Reuters-in məlumatına görə, Çin digər ölkələri Trampın rüsumları ilə birgə mübarizə aparmağa çağırdı.