Çin banklara qızıl idxalına əlavə kvota təklif edir

15:21 - 14.04.2025


14 aprel, Fineko/abc.az. Çin, investorların axını səbəbindən banklara qızıl idxalına əlavə kvota təklif edir.

ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg yazır.

Agentliyin mənbələrinə görə, Çin Xalq Bankı artıq bəzi kommersiya bankları üçün yeni qızıl idxal kvotaları ayırıb. Pekin, ABŞ ilə ticarət müharibəsinin eskalasiyası şəraitində institusional və pərakəndə investorların sığınacaq aktivinə olan yüksək tələbinə belə cavab verir.