11:48 - 11.04.2025
11 aprel, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Dünya Palata Federasiyasının Afrika Sammitində (“WCF Africa 2025) iştirak etmək üçün Keniyanın paytaxtı Nayrobi şəhərində səfərdə olub.
ABC.AZ xəbər verir ki, KOBİA-nın məlumatına görə, Azərbaycanın Keniyadakı Səfirliyinin təşkilatçılığı ilə baş tutan səfərin məqsədi sahibkarlıq sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi, KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə təcrübə mübadiləsi məqsədi daşıyıb.
Həmçinin səfər zamanı KOBİA nümayəndələri Azərbaycanın Keniyadakı səfirliyində olublar.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026