Qazaxıstan Milli Bankı dərəcəni 16,5 % səviyyəsində saxlayıb

11:13 - 11.04.2025


11 aprel, Fineko/abc.az. Qazaxıstan Respublikası Milli Bankının pul siyasəti komitəsi baza dərəcəsini illik 16,5% səviyyəsində müəyyən etmək qərarına gəlib.

ABC.AZ xəbər verir ki, mart ayının nəticələrinə görə illik inflyasiya, proqnoz diapazonunda (10-12%) müəyyən edilərək, 10%-ə yüksəlib.