14:13 - 10.04.2025
10 aprel, Fineko/abc.az. 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda 3.479 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 89 faizi yerli investisiyalı, 11 faizi xarici investisiyalıdır.
ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, kommersiya qurumlarının 86 faizi elektron qaydada qeydiyyata alınıb. Hesabat dövründə qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97 faiz təşkil edib.
Qeyd edilib ki, 2025-ci ilin aprel ayının 1-nə respublika üzrə uçotda olan 1.614.737 vergi ödəyicisinin 87 faizi fiziki şəxslər, 13 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,6 faiz, hüquqi şəxslərin sayı 7,6 faiz artıb.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026