Tramp Çin mallarına rüsumları 125%-ə qaldırır

09:49 - 10.04.2025


10 aprel, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp Çin mallarına rüsumların 125%-ə qaldırılması barədə qərar qəbul edib.

ABC.AZ xəbər verir ki, bu barədə Tramp dünən Truth Social-da yazıb.

"Çinin dünya bazarlarına hörmətsizlik etməsi səbəbindən ABŞ-ın Çindən aldığı rüsumları 125%-ə qaldırıram, rüsumlar dərhal qüvvəyə minir", — deyə o bildirib.

O, "yaxın gələcəkdə Çinin ABŞ və digər ölkələri qarət edərkən reallıqların artıq məqbul olmadığını başa düşəcəyinə" ümid etdiyini bildirib.

Aprelin 2-də Tramp ABŞ-ın xarici ticarət tərəfdaşlarının mallarına qarşılıqlı rüsumlarının tətbiq olunduğunu elan etdi (ümumilikdə 185 dövlət siyahıya düşdü). Minimum baza rüsumu 10% olacaq, lakin bir sıra ölkələr üçün rüsumlar ABŞ-ın bu ölkələrlə ticarət kəsirindən asılı olaraq fərdi olaraq hesablanmışdır. Məsələn, Çin üçün rüsumlar ilk olaraq 34% olmalı idi.