17:26 - 9.04.2025
9 aprel, Fineko/abc.az. Azərbaycan iqtisadiyyatında karbohidrogen sektorunun payı yüksək olduğundan, bankların depozit portfellərində iri həcmli korporativ depozitlərin çəkisi böyükdür.
ABC.AZ xəbər verir ki, bu barədə qiymətləndirmə Beynəlxalq Valyuta Fondunun (BVF) nizamnaməsinin IV maddəsi çərçivəsində 2025-ci il üzrə yekun bəyanatında bildirilib.
Sözügedən bəyanatda qeyd edilib ki, bu cür depozitlər, xüsusilə də böyük şirkətlərdən gələn və iqtisadi şoklara həssas olan depozitlər, bank sistemində likvidlik riski yarada bilər.
Eyni zamanda, maliyyə dollarlaşması (yəni əhalinin və bizneslərin dollarla əmanət və kreditə üstünlük verməsi) son illərdə azalsa da, hələ də yüksək olaraq qalır. Bu isə valyuta məzənnəsindəki dəyişikliklərə qarşı bank sisteminin həssaslığını artırır.
Bundan əlavə, BVF ekspertləri bildirir ki, təminatsız istehlak kreditlərinin son dövrlərdə sürətli artması dövrü (tsiklik) maliyyə risklərini artırır. Bu, xüsusilə iqtisadi artımın zəiflədiyi dövrlərdə əhalinin borc ödəniş qabiliyyətinə mənfi təsir göstərə bilər. (APA)
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026