Azərbaycanın strateji valyuta ehtiyatları 71 milyard dolları keçəcək - İMF

14:13 - 9.04.2025


9 aprel, Fineko/abc.az. Azərbaycanın strateji valyuta ehtiyatları 2025-ci ildə 71,67 milyard dollar təşkil edəcək.

ABC.AZ xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozunda bildirilib.

Fond 2026-cı il üzrə strateji valyuta ehtiyatlarını 72,36 mlrd. dollar, 2027-ci il üzrə 72,22 mlrd. dollar, 2028-ci ildə 71,75 mlrd. dollar, 2029-cu ildə isə 72,18 mlrd. dollar proqnozlaşdırıb. Strateji valyuta ehtiyatlarının əsas hissəsini Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri təşkil edir. IMF hesab edir ki, ARDNF-in aktivləri 2025-ci ildə 60,91 mlrd. dollar, 2026-cı ildə 61,797 mlrd. dollar, 2027-ci ildə isə 61,864 mlrd. dollara qədər artacaq. 2028-ci ildə 61,594 mlrd. dollara qədər azalan aktivlər 2029-cu ildə 62,222 mlrd. dollara yüksələcək. (APA)