İki ayda Bakıda əhaliyə 1 milyard 319,4 milyon manatlıq ödənişli xidmət göstərilib

17:31 - 8.04.2025


8 aprel, Fineko/abc.az. Bu ilin yanvar-fevral ayında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1 milyard 319,4 milyon manat olub.

Bakı Statistika İdarəsindən ABC.AZ-a bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,2% çoxdur.

İki ayda hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 190,6 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 90,2%-ni təşkil.