10:47 - 8.04.2025
8 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, 2025-ci ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin gəlirləri 9 milyard 733,4 milyon manat təşkil edib ki, bu da rüblük proqnozdan 171,4 milyon manat və ya 1,8 faiz çoxdur. Sözügedən dövrdə Dövlət Neft Fondundan transfert isə 3 milyard 620,3 milyon manat həcmində olub.
2025-ci ilin I rübü üzrə dövlət büdcəsinin xərcləri 8 milyard 280 milyon manat proqnoza qarşı 8 milyard 115 milyon manat, yəni 98,0 faiz icra edilib.
Cari ilin yanvar-fevral aylarında dövlət büdcəsi xərclərinin artıqlaması ilə icra edilməsinə baxmayaraq, mart ayında iş günlərinin sayının az olması səbəbindən (13 iş günü) xərclər I rübün proqnozuna qarşı 2,0 faiz, yəni 165,0 milyon manat az yerinə yetirilib.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026