Son 3 ayda dövlət büdcəsinin gəlirləri 9 milyard 733,4 milyon manat olub

10:41 - 8.04.2025


8 aprel, Fineko/abc.az. 2025-ci ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin gəlirləri 9 milyard 733,4 milyon manat təşkil edib ki, bu da rüblük proqnozdan 171,4 milyon manat və ya 1,8 faiz çoxdur.

ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 4 milyard 380,6 milyon manat, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 1 milyard 430,5 milyon manat, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 10,4 milyon manat, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 136,7 milyon manat və sair daxilolmalar 154,9 milyon manat təşkil edib.