10:30 - 8.04.2025
8 aprel, Fineko/abc.az. 2025-ci ilin birinci rübü üzrə dövlət büdcəsinin xərcləri 8 milyard 280 milyon manat proqnoza qarşı 8 milyard 115 milyon manat, yəni 98 faiz icra edilib.
ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Cari ilin yanvar-fevral aylarında dövlət büdcəsi xərclərinin artıqlaması ilə icra edilməsinə baxmayaraq, mart ayında iş günlərinin sayının az olması səbəbindən (13 iş günü) xərclər I rübün proqnozuna qarşı 2 faiz, yəni 165 milyon manat az yerinə yetirilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin gəlirləri 9 milyard 733,4 milyon manat təşkil edib ki, bu da rüblük proqnozdan 171,4 milyon manat və ya 1,8 faiz çox olub.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026