Azərbaycana ən çox smartfon bu ölkələrdən gətirilir - Siyahı

15:37 - 7.04.2025


7 aprel, Fineko/abc.az. 2025-ci ilin yanvar ayında Azərbaycana toplam dəyəri 26 milyon 18 min ABŞ dolları olan 107 min 675 ədəd smartfon idxal olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ildə 1 ədəd smartfonun orta idxal qiyməti 512 manat idi.

Bu dövrdə ölkəyə smartfon Çindən (92 935 ədəd), Vyetnamdan (13 718 ədəd), Hindistandan (792 ədəd)  Koreyadan (230 ədəd) gətirilib.

Bu məhsul ən yüksək qiymətə Vyetnamdan 623 manatavə Hindistandan 585 manata idxal edilib.

Ən aşağı qiymətə Çindən 378 manata, və Koreyadan 204 manata gətirilib.