17:16 - 4.04.2025
4 aprel, Fineko/abc.az. ABŞ prezidenti Donald Trampın xarici avtomobillərə tətbiq etdiyi tariflər Yaponiya istehsalçıları üçün təxminən 24 milyard dollar əlavə xərclə nəticələnəcək.
ABC.AZ xəbər verir ki, bu barədə "Nikkei Asia" məlumat yayıb.
ABŞ-nin tarifləri Yaponiyanın yeddi ən böyük avtomobil istehsalçısı üçün xərcləri 3,5 trilyon yendən (24 milyard dollar) çox artıracaq. Qeyd edilib ki, təkcə "Toyota Motor" üçün əlavə xərclər 12,3 milyard dollara çata bilər.
Məlumata görə, Yaponiyanın avtomobil istehsalçıları çox güman ki, istehsalı ABŞ-yə köçürmək üçün bəzi tədbirlər görməli olacaqlar. Yaponiya Avtomobil İstehsalçıları Assosiasiyasının hesablamalarına görə, Yaponiyadan ixrac edilən təxminən hər üç avtomobildən biri 2023-cü ildə ABŞ-yə gedib.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026