14:39 - 3.04.2025
3 aprel, Fineko/abc.az. Vaşinqtonun tarifləri Azərbaycanın ABŞ-yə ixracına ciddi təsir göstərməsə də, artım tempini zəiflədə bilər.
ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.
“ABŞ Prezidenti Donald Tramp dünya ölkələrinə qarşı yeni tariflər tətbiq olunmasını nəzərdə tutan fərman imzalayıb. Tariflərin təsir dairəsinə düşən ölkələr arasında Azərbaycan da var. Ölkəmiz üçün minimum 10 % həcmində gömrük rüsumu müəyyən edilib.
Son illərdə Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsinin artmasına baxmayaraq, əsasən ABŞ-dən idxal üstünlük təşkil edir. Belə ki, 2024-cü ildə Azərbaycana ABŞ-dən 1 milyard 617 milyon dollarlıq mal idxal olunub, ölkəmizin Birləşmiş Ştatlara ixracı isə cəmi 135 milyon 30 min dollar təşkil edib. Bu da 1 milyard 482 milyon dollarlıq mənfi ticarət saldosu deməkdir”, - deyə deputat bildirib.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026