14:57 - 1.04.2025
1 aprel, Fineko/abc.az. San-Fransiskoda yerləşən Kaliforniya Universitetinin professoru Edvard Çanqın rəhbərlik etdiyi amerikalı neyrofizioloqlar tam iflici olan insanların düşüncələrini oxuya bilən və onları dərhal mətnə və ya nitqə çevirə bilən neyrointerfeys təqdim ediblər.
ABC.AZ xəbər verir ki, yeni sistem, sözlərin tələffüzündə iştirak edən əzələlərin idarə edilməsinə cavabdeh olan beyin motor korteksindən siqnallar alaraq işləyir. Çanqın layihəsi oxunan sözləri ekrana gətirir və onları dinamiklər vasitəsilə demək olar ki, heç bir fasilə vermədən səsləndirir. Alimlər iddia edirlər ki, onların texnologiyası 1000-dən çox sözü oxuya bilir ki, bu da ünsiyyəti sürətli və rahat edir.
Bu, iflici olan insanlar üçün yeni imkanlar təqdim edir: texnologiya onları uzun müddət gözləmədən sevdikləri ilə əlaqə qurma fürsətinə qaytara bilər. Alimlər ümid edirlər ki, neyrointerfeysin daha da inkişafı onu insult, travma və ya ALS kimi neyrodejenerativ xəstəliklərin təsirindən əziyyət çəkən çoxsaylı xəstələr üçün əlçatan edəcək.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026