Rusiyadan Azərbaycana pul köçürmələri azalıb?

14:23 - 1.04.2025


1 aprel, Fineko/abc.az. Ötən il Azərbaycana Rusiyadan fiziki şəxslərin pul köçürmələrinin həcmi 496  milyon 753 min ABŞ dolları təşkil edib.

ABC.AZ Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2023-cü illə müqayisədə 550 milyon 770 min ABŞ dolları və ya 2 dəfə azalıb.

Xatırlatma üçün bildirək ki, 2023-cü lldə Azərbaycana Rusiyadan köçürülmüş  fiziki şəxslərin pul köçürmələrinin həcmi 1 milyard 47 milyon 523 min ABŞ dolları olub.

Hesabat ilində Azərbaycana ümumi pul köçürmələrində Rusiyanın payı 45,9% təşkil edib. 2023-cü ildə isə bu göstərici 63,3% idi.