12:30 - 1.04.2025
1 aprel, Fineko/abc.az. Ötən il Azərbaycana Qazaxıstandan fiziki şəxslərin pul köçürmələrinin həcmi 23 milyon 70 min ABŞ dolları təşkil edib.
ABC.AZ Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2023-cü illə müqayisədə 7 milyon 513 min ABŞ dolları və ya 24,6% azalıb.
Xatırlatma üçün bildirək ki, 2023-cü lldə Azərbaycana Qazaxıstandan köçürülmüş fiziki şəxslərin pul köçürmələrinin həcmi 30 milyon 583 min ABŞ dolları olub.
Hesabat ilində Azərbaycana ümumi pul köçürmələrində Qazaxıstana payı 2,1% təşkil edib. 2023-cü ildə isə bu göstərici 1,8% idi.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026