16:02 - 18.03.2025
18 mart, Fineko/abc.az. “Cari əməliyyatlar balansının profisitinin (CƏB) ÜDM-də çəkisinin 5%-dən yuxarı olması ölkənin iqtisadi dayanıqlığını göstərir”.
ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Vüqar Əhmədov deyib.
O bildirib ki, ölkənin xarici sektoru əlverişlidir. Mərkəzi Bank 2025-ci ildə CƏB-in profisitini 5,5 mlrd. dollar proqnozlaşdırıb. Müşahidə edilən normallaşma prosesi onu göstərir ki, ortamüddətli dövrdə də CƏB-in profisiti 5 mlrd. dollar ətrafında olacaq. Bu müsbət fon ümumilikdə makroiqtisadi sabitliyi dəstəkləyici bir amildir.
Neftin qiymətinin cari əməliyyatlar balansına təsirinə gəlincə, Vüqar Əhmədov bildirilib ki, insanlar epizodik olaraq, yəni bir gün və ya on gün neftin qiymətlərində enişə reaksiya verə bilər. Amma tədiyyə balansı illik dövrü əhatə edir.
“Biz markoiqtisadi sabitliyə ciddi bir təhdid görmürük”- baş direktor əlavə edib. (APA)
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026