Bu ilin sonuna qədər Hainanda Asiyanın ən iri peyk zavodu tikiləcək

12:49 - 10.03.2025


10 mart, Fineko/abc.az. Asiyanın ən iri peyk istehsalı müəssisəsi 2025-ci ilin sonuna qədər Çinin cənubundakı Hainan əyalətində yekunlaşmalıdır.

ABC.AZ xəbər verir ki, layihəyə müəssisənin özü, sınaq mərkəzi və səkkiz Muxtar tədqiqat mərkəzi daxildir. Ümumi tikinti sahəsi 60 min kvadratmetrdir, layihəyə qoyulan investisiyalar isə 1 milyard yuandan (təxminən 140 milyon dollar) çoxdur.

Hal-hazırda bu, Asiyada inşa edilən ən iri peyk zavodudur. İstismara verildikdən və tam istehsal gücünə çatdıqdan sonra ildə 1 minə qədər kosmik aparat istehsal edə biləcəkdir. Şirkət həmçinin ölkədə həm peyk istehsalını, həm də inkişafını birləşdirə biləcək yeganə şirkət olacaq.
Bu müəssisədə ilk peyk 2025-ci ilin sonuna qədər istehsal olunmalıdır.