12:18 - 7.03.2025
7 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 25 dekabr 2024-cü il tarixli Qərarı ilə “Algoritma” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir.
Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.
21 Avqust 2026
19 Avqust 2026