11:46 - 6.03.2025
6 mart, Fineko/abc.az. Azərbaycan Amerika Birləşmiş Ştatlarına süfrə yumurtası ixracına başlayır.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası məlumat yayıb.
Qeyd edilib ki, ötən ildən ABŞ-da quş qripinin yayılması ilə əlaqədar yumurta qıtlığı və qiymətlərin bahalaşması müşahidə olunmaqdadır. ABŞ hökuməti bu prosesin qarşısını almaq üçün xarici ölkələrdən yumurta idxalına icazə verib.
Azərbaycanın ən böyük quşçuluq təsərrüfatlarından biri olan “Giləzi Quşçuluq” ABŞ standartlarına uyğun sertifikatlaşdırmadan uğurla keçərək bu ölkəyə süfrə yumurtası ixracı icazəsi əldə edib. Bu aydan etibarən şirkət ABŞ-a müntəzəm yumurta ixracına başlayır.
Bildirilir ki, ABŞ-a ixracın başlanması Azərbaycan daxilində yumurta təchizatı və qiymətlərə hər hansı təsir etməyəcək.
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026