“Sumqayıt Texnologiyalar Parkı”nda yeni şirkət təsis edilib

16:26 - 5.03.2025


5 mart, Fineko/abc.az. “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin yeni törəmə şirkəti – “STP-HEAVY ENGINEERING” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınıb.

ABC.AZ xəbər verir ki, şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Texno-Park sahəsidir. MMC-nin nizamnamə kapitalı 1000 manat təşkil edir.

Yeni yaradılan şirkətin direktoru Şahin Teymurxanlı Əbdürrəhim oğlu kimi göstərilib.

Bundan öncə isə “STP-AS” MMC və “STP-Repkon” MMC adlı şirkətlər yaradılmışdı.