Bitkoin Ağ Evdən gələn məlumat əsasında 90.000 dollara yüksəldi

15:48 - 5.03.2025


5 mart, Fineko/abc.az. Ticarət naziri Hovard Lütnikin sözlərinə görə, bu həftə prezident Donald Tramp, bitkoin strateji ehtiyatının yaradılması planları da daxil olmaqla, kriptovalyuta siyasətində əhəmiyyətli dəyişikliklər elan edəcək.

ABC.AZ xəbər verir ki, bu barədə The Pavlovic Today nəşri yazır.

Bu məlumata cavab olaraq, bitkoin çərşənbə günü hərracda bərpanı sürətləndirdi. Əsas rəqəmsal pul 90.000 dollar psixoloji səviyyəyə yüksəldi və saat15:05-də ticarət edilib. Əvvəllər BTC bu anda 91.000 dollara yaxınlaşırdı.

Cümə günü keçiriləcək Ağ Evdəki ilk kriptosammit ərəfəsində Lütnik, rəqəmsal aktivlər sənayesinə getdikcə daha çox meyl edən Trampın bitkoin və daha geniş kriptovalyuta tənzimlənməsi ilə bağlı görüşünü ortaya qoyacağını dedi.