15:41 - 5.03.2025
5 mart, Fineko/abc.az. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici borcu ilə bağlı proqnozunu açıqlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə reytinq agentliyinin məlumatında bildirilib.
“S&P” Azərbaycanın 2025-ci il üçün ümumi xarici borcunu (uzunmüddətli və qısamüddətli) 6,6 mlrd. dollar səviyyəsində proqnozlaşdırıb.
Bildirilib ki, ölkənin uzunmüddətli xarici borcu bu il 1,8 mlrd. dollar, qısamüddətli xarici borcu isə 4,8 mlrd. dollar təşkil edəcək.
Qeyd edilib ki, Azərbaycanın xarici borclanma səviyyəsi çox aşağıdır.
18 Avqust 2026