“Tesla” səhmləri ucuzlaşaraq bu qiymətə düşüb

14:44 - 5.03.2025


5 mart, Fineko/abc.az. “Tesla” səhmləri martın 4-də keçirilən ticarətdən sonra 4.4% ucuzlaşaraq 272.04 dollar olub. Minimum olaraq azalma 8%-ə çatıb.

Fevral “Tesla” səhmləri üçün 2022-ci ilin sonundan bəri ən pis ay olub, “CNBC” yazır: şirkətin səhmləri 28% ucuzlaşıb.

ABC.AZ xəbər verir ki, bu barədə “Bloomberg”də məlumat qeyd edilib.

Belə kim “Tesla” səhmləri ABŞ prezidenti Donald Trampın başlatdığı qlobal ticarət müharibəsi ilə bağlı narahatlıqlar səbəbindən ümumi bazar azalması fonunda düşüb.

O, Kanada və Meksikadan idxala 25%, Çindən isə 20% tarif tətbiq edib. Tariflərdən təsirlənə bilən şirkətlərdən biri “Tesla”dır, çünki onun əsas təchizatçılarından bəziləri Kanada və Meksikada yerləşir.

Ən böyük elektrikli avtomobil bazarı olan Çində “Tesla”nın satışları illik müqayisədə 49.2% azalaraq 30 688 avtomobil təşkil edib ki, bu da 2022-ci ilin avqustundan bəri ən aşağı göstəricidir.