Bu dövrdə kreditlər üzrə standartlarda sərtləşmə həyata keçirilib

15:27 - 28.02.2025


28 fevral, Fineko/abc.az. 2024-cü ilin IV rübü üzrə sorğu nəticələrinə əsasən cəmi biznes kreditləri, o cümlədən kiçik və orta sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə standartlarda sərtləşmə olsa da, tələbdə artım müşahidə edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın Kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələrində qeyd edilir.

Banklar növbəti rübdə ümumi biznes kreditləri üzrə standartlarda və tələbdə dəyişiklik olmayacağı qənaətindədirlər.

Sorğu nəticələrinə əsasən ötən rübdə olduğu kimi ipoteka kreditləri üzrə standartlarda sərtləşmə davam edib. İpoteka kreditləri üzrə standartlarda sərtləşmə əsasən daxili ipoteka kreditlərində müşahidə edilib.

Ötən rübdən fərqli olaraq banklar ipoteka kreditləri üzrə tələbdə artım olduğunu bildiriblər. Banklar növbəti rübdə ipoteka kreditləri üzrə kredit standartlarında dəyişiklik olmayacağını, bununla belə, kredit tələbində artım olacağını gözləyirlər.