14:34 - 28.02.2025
28 fevral, Fineko/abc.az. “Moody’s” Agentliyin qiymətləndirməsinə görə, bu il Azərbaycan bankları üçün iqtisadi və əməliyyat şəraiti əlverişli olaraq qalacaq.
ABC.AZ xəbər verir ki, hesabata görə, bank sektorunun aktivlərinin keyfiyyəti yaxın 12-18 ay ərzində yaxşı səviyyədə qalacaq: “Kreditlərin göstəriciləri əlverişli iqtisadi şərait, qeyri-neft sektorlarında davamlı artım və Azərbaycanda ümumi gəlir səviyyəsinin artması sayəsində yaxşılaşacaq ki, bu da borcalanların borclarını ödəmək qabiliyyətini artıracaq”.
“Moody’s” bildirir ki, Azərbaycanda problemli kreditlərin (NPLs) payı aşağı səviyyədə qalmaqdadır – bu göstərici 2024-cü ilin sonunda kreditlərin ümumi məbləğinin 2,4 %-ni (2023-cü ildəki 2,6 %-ə və 2022-ci ildəki 3,8 %-ə qarşı) təşkil edir. Problemli kreditlərin ehtiyatlarla əhatə olunma səviyyəsi isə 200 %-i ötür. (Report)
18 Avqust 2026