“Aztelekom” ən sürətli sabit şəbəkə internet provayderi seçildi

10:11 - 27.02.2025


27 fevral,Fineko/abc.az. “Aztelekom” internetin sınaq və təhlili sahəsində dünya lideri olan “Ookla”® tərəfindən Azərbaycanın ən sürətli sabit şəbəkə internet provayderi seçildi

ABC.AZ xəbər verir ki, “Aztelekom” genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla” tərəfindən “Speedtest Award for Fastest Fixed Network” (Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı) mükafatına layiq görülüb.

Bu mükafat ölkə tarixində ilk dəfə sabit şəbəkə internet provayderinə təqdim edilir.

“Ookla”® şirkətinin rəsmi səhifəsində yayımlanan hesabatda “Aztelekom”un bu nailiyyətinin 2024-cü ilin 3 və 4-cü rübləri ərzində bütün ölkə ərazisini əhatə edən 306885 abunəçinin müxtəlif tətbiqlər və avadanlıqlar vasitəsilə icra etdiyi 4,389,339 sürət testinin nəticələrinə əsasən müəyyən edildiyi qeyd olunub.

Testlərin nəticələrinə əsasən, ölkə üzrə Ən Yüksək Yükləmə sürəti (Top Download Speed) 181.30 Mbit/s qeydə alındığı halda “Aztelekom” abunəçilərində bu göstərici 408.18 Mbit/s müəyyən olunub.