Hesabatı təqdim etməyən “AzeSteelCompany” ASC və “Ekolizinq” MMC cərimələndi

17:16 - 26.02.2025


26 fevral, Fineko/abc.az. Mərkəzi Bank tərəfindən hesabatı vaxtında təqdim etməyən “AzeSteelCompany” ASC və “Ekolizinq” MMC-ni cərimələdi.

ABC.AZ xəbər verir ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim olunması və Məlumatların Elektron Açıqlanması Sistemi (MEAS) vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulması səbəbi ilə “AzeSteelCompany” ASC və “Ekolizinq” MMC hər biri İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə uyğun olaraq 2000 manat məbləğində cərimə edilmişdir.