Avtomatik doldurulmuş vergi bəyannaməsi sisteminə keçiləcək

17:01 - 26.02.2025


26 fevral, Fineko/abc.az. Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası tərəfindən təsdiq edilib.

ABC.AZ xəbər verir ki, yol xəritəsinə görə, cari ilin 1 sentyabr tarixinə qədər mikrosahibkarlar üçün əvvəlcədən doldurulmuş sadələşdirilmiş vergi bəyannamələri sisteminə keçidin təmin edilməsi, 1 noyabr tarixinə qədər isə avtomatik doldurulmuş vergi bəyannaməsi sisteminə mərhələli keçidin təmin edilməsi planlaşdırılır.

Qeyd edək ki, 1 iyul 2025-ci il tarixinə qədər vergi öhdəliyinin əvvəlcədən müəyyən edilməsi barədə müraciətlər mexanizminin stimullaşdırılması istiqamətində tədbirlərin görülməsi, Vergi öhdəliyinin əvvəlcədən müəyyən edilməsi barədə müraciətlər və qəbul edilmiş qərarlarla bağlı məlumatların şəffaflığı və əlçatanlığının təmin edilməsi üçün hesabatlılığın təkmilləşdirilməsi istiqamətində işlər görüləcək.