16:08 - 26.02.2025
26 fevral, Fineko/abc.az. 2024-cü ilin sonuna qlobal borc 318 trilyon dollara yüksələrək rekord həddə çatıb.
ABC.AZ xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Ekspertlərin fikrincə, son bir ildə qlobal borcun səviyyəsi 7 trilyon dollar artıb. Buna baxmayaraq, uzunmüddətli perspektivdə bu göstəricinin artımında yavaşlama gözlənilir.
Qlobal borc əsasən ABŞ, Fransa, Çin, Hindistan və Braziliyanın aldığı borclardan ibarətdir. Keçən həftə ABŞ-nin Hesablama Palatası cari gəlir və xərcləmə meylləri davam edərsə, ölkənin milli borcunun iqtisadiyyatdan daha sürətli artacağını və bu rəqəmin 2050-ci ilə qədər ölkənin ÜDM-ni 200% üstələyəcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, ABŞ-nin dövlət borcu il ərzində 7% artaraq 2.37 trilyon dollara çatıb. Daha əvvəl məlum olub ki, ABŞ milli borcuna görə defoltla üzləşib.
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026