11:44 - 26.02.2025
26 fevral, Fineko/abc.az. Orta Asiyadakı ən uzun körpü Tacikistanda Surxob çayı üzərində Zhejiang Communications Construction Group Co., Ltd Çin dövlət korporasiyası tərəfindən dörd il ərzində inşa ediləcək.
ABC.AZ xəbər verir ki, bu barədə Respublika Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"920 metr uzunluğunda bir körpü Surxob çayı üzərindn Nurabad rayonunda inşa ediləcək və yalnız ölkədə deyil, hətta Orta Asiyada da ən uzun bir körpü olacaq", — deyə məlumatda bildirilir.
Bildirilir ki, korporasiya körpünü marşrutlarla birləşdirən yollar da tikəcək və beləliklə, inşa 1500 metr təşkil edəcək. Körpü "Obiqarm — Nurobod" avtomobil yolunun tikintisi layihəsinin üçüncü mərhələsi çərçivəsində tikilir.
Körpünün dəyəri təxminən 60 milyon dollar olacaq.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026