16:42 - 24.02.2025
24 fevral, Fineko/abc.az. Kanada yaxın vaxtlarda Ukraynaya dondurulmuş Rusiya aktivlərindən əldə etdiyi mənfəət və hərbi texnika hesabına 5 milyard Kanada Dolları (3,52 milyard dollar) ötürəcək.
ABC.AZ xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo Kiyevə səfəri zamanı bildirib.
"Biz 25 LAV II BMP, Almaniyada Ukrayna hərbçilərinin təlim keçdiyi 2 zirehli döyüş dəstək maşını, F-16 qırıcıları üçün eniş sistemi, F-16 üçün 4 təyyarə simulyatoru, həmçinin milyonlarla sursat, hərbi avadanlıq və ilk yardım dəstləri verəcəyik", — deyə o bildirib.