“Vest-LTD” QSC-nin dövlətə böyük məbləğdə borcu yaranıb

11:59 - 24.02.2025


24 fevral, Fineko/abc.az. “Vest-LTD” QSC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin məlumat bazasındakı rəqəmlərdən aydın görmək olur.

Məlumata əsasən, “Vest-LTD” QSC-nin vergi borcu 11 914 650.84 manatdır. Bu vergi borcu 23.02.2024-cü il tarixinə olan məlumatdır.

Xatırladaq ki, QSC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 2050 manatdır və qanuni təmsilçisi Şahin Verdəliyevdir.