11:17 - 20.02.2025
20 fevral, Fineko/abc.az. İran ABŞ prezidenti Donald Trampın təhdidlərinə baxmayaraq, dinc məqsədlərilə nüvə proqramının inkişafına sərmayə qoymağa davam edəcək.
ABC.AZ xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirinin müavini Məcid Taxt-Ravancı məlumat verib.
"İran nüvə silahı əldə etmək istəmir, lakin nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək üçün investisiya qoymağa davam etməyi planlaşdırır", - deyə diplomat İraqın Al Ahad telekanalına müsahibəsində bildirib.
Fevralın 4-də İran xarici işlər naziri Abbas Araqçi Trampın ABŞ-ın İrana maksimum təzyiqinin bərpası barədə fərman imzaladıqdan sonra Amerika prezidentinin Tehranın nüvə silahı əldə etməsi ilə bağlı narahatlığının əsassız olduğunu demişdi. Onun sözlərinə görə, İslam Respublikası nüvə silahının yayılmaması haqqında müqaviləyə sadiqdir. Bundan əlavə, İranın ali lideri Əli Xameneinin bu cür silahların yaradılmasına qadağa qoyulması ilə bağlı dini göstərişi qüvvədədir.
8 Avqust 2026
8 Avqust 2026