16:28 - 14.02.2025
14 fevral, Fineko/abc.az. Dubayda keçirilən Ümumdünya hökumət sammiti çərçivəsində Dubay Loop ("Dubay döngəsi") adlı yeni nəqliyyat layihəsinin istifadəyə verildiyi elan edilib. Tıxacları azaltmaq üçün əmirliyin sıx ərazilərində yeraltı tunellər şəbəkəsinin yaradılmasını nəzərdə tutur.
ABC.AZ xəbər verir ki, Dövlət Naziri Ömər Sultan Al Olama və Tesla CEO'su İlon Mask tərəfindən yeni bir dairəvi nəqliyyat sistemi üçün planlar elan edilib.
Uzunluğu 17 km olan innovativ nəqliyyat sisteminin 11 stansiya əhatə edəcəyi və saatda 20 min sərnişinin ötürmə qabiliyyətini təmin edəcəyi ehtimal edilir. Nəqliyyat təyinat stansiyasına dayanmadan hərəkət edəcək və saatda 160 km sürətə çatacaq.
Maska məxsus Boring Company veb saytındakı açıqlamaya görə, layihənin icrası nəticədə saatda 100 mindən çox sərnişinin daşınmasına imkan verəcək.
Xatırladaq ki, Boring tez tikilən yeraltı nəqliyyat tunellərinin yaradılmasında ixtisaslaşmışdır.
8 Avqust 2026
8 Avqust 2026