Valyuta hərracında bankların tələbi 36,3% azalıb

12:39 - 13.02.2025


13 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

ABC.AZ xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, fevralın 13-də valyuta hərracında bankların tələbi 36,2 milyon dollar təşkil edib və tam təmin edilib.

Bu, ötən hərracdan 20,6 milyon dollar (36,3%) azdır. Fevralın 11-də keçirilən valyuta hərracında Mərkəzi Bank 56,8 milyon dollar dəyərində valyuta satıb.

Valyuta hərracının yekunları üzrə ortaçəkili məzənnə 1,7000 AZN/USD təşkil edib.