Mərkəzi Bank iki MMC-ni buna görə cərimələdi

11:23 - 13.02.2025


13 fevral, Fineko/abc.az. Mərkəzi Bank valyuta bazarının iştirakçıları olan "Bakı Mərkəzi Valyuta" və "Eliko" MMC-ləri cərimələyib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulması aşkarlanıb.

Odur ki, İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq, "Bakı Mərkəzi Valyuta"nın vəzifəli şəxsi Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə 1 000 manat, "Eliko"nun vəzifəli şəxsi isə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə 1 500 manat cərimə olunub.

AMB "Eliko"nun həm də valyuta tənzimi haqqında qanunvericiliyin tələblərini pozması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 430.3-cü maddəsinə müvafiq olaraq, 10 334 cərimə edib.