Azərbaycanda bank səhmdarının nizamnamə kapitalı artırıldı

14:57 - 11.02.2025


11 fevral, Fineko/abc.az. Azərbaycanda bank səhmdarı olan “Azbizneskom” MMC-nin nizamnamə kapitalı artırılıb.

ABC.AZ xəbər verir ki, şirkətin nizamnamə kapitalı 120 milyard 916.4 min manata çatdırılır.

Bununla şirkətin nizamnamə kapitalı 17 milyon 691 min manat və ya 17.1% artırılmış olub.

Xatırladaq ki, “Azbizneskom” MMC “Bank Avrasiya” ASC-nin əsas səhmdarlarından biridir. Şirkətin bankdakı səhmlərindəki payı 49.5%-dir.