Son illərdə Qafqaz regionundakı bankların çoxunun reytinqi yüksəlib - Fitch

14:11 - 11.02.2025


11 fevral, Fineko/abc.az. Azərbaycan bankları Cənubi Qafqaz regionundakı bank arasında stabil mövqeyə malikdir.

ABC.AZ xəbər verir ki, bunu “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin MDB+ və Yaxın Şərq bankları üzrə direktor müavini Maksim Maliutin deyib.

O bildirib ki, son illərdə Qafqaz regionundakı bankların çoxunun reytinqi yüksəlib. Gürcüstan və Ermənistanda bu əsasən pandemiyadan sonrakı iqtisadi bərpa və Ukraynada müharibə nəticəsində Rusiya mənşəli depozit axınının artması ilə bağlı olub. Azərbaycanda isə müsbət reytinq dəyişiklikləri əsasən neft qiymətlərinin artması, köhnə aktiv keyfiyyəti risklərinin azalması və tənzimləyici çərçivənin gücləndirilməsi ilə əlaqədardır.